25.5 C
Gence
17.5 C
Ganja

Şampun oğurlayan şəxs döyülərək şantaj edildi

Gəncədə oğurluq edən şəxsi şantaj edənlər saxlanılıb. Bu haqda 7 iyul tarixində Oxu.az-a istinadən məlumat veririk.

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə bir nəfərin dükandan şampun oğurladığına görə mağaza sahibi tərəfindən döyülməsi, pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb. Gəncə şəhər Baş Polis İdarəsi həmin video əsasında araşdırmalara başlayıb.

Nəticədə Əli Qasımov adlı şəhər sakininin 2021-ci ildə mağazaların birindən oğurluq etdiyi üçün dükan sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilməsi ortaya çıxıb. Onlar zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq göstərməsi, haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakının tələf etmə hədəsi ilə 100 manat pul tələb etməsinə görə saxlanılıblar.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.

Qeyd olunub ki, Əli Qasımov bu ilin aprel ayında narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub.

Oxu.az-dan foto
Oxu.az-dan foto
Oxu.az-dan foto
Oxu.az-dan foto