19.7 C
Gence
18.5 C
Ganja

Almaniya səfiri Ralf Horlemann Qələbə parkına baş çəkib

Almaniya səfiri Gəncədə icra başçısı ilə görüşüb. Bu haqda 7 mart tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Məlumat verdiyimiz kimi, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann şəhərimizin qonağı olub. O, burada Niyazi Bayramovla görüşüb. Şəhər rəhbəri qonağı salamlayaraq Gəncənin Azərbaycanın ən qədim şəhərlərindən biri olduğunu bildirib. İcra başçısı şəhərdə alman izlərinə də rast gəlindiyini qonağın nəzərinə çatdırıb.

Ralf Horlemann iki ölkə arasında tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib. Səfir Nizami Gəncəvinin Məqbərəsini, Cavad xan türbəsini, Gəncə Dövlət Filarmoniyasını ziyarət etdiyini bildirib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Tədbirdən sonra Ralf Horlemann 44 günlük Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğu əraziləri ziyarət edib. Diplomat terror qurbanlarının xatirəsini yad edib, dağıntıların baş verdiyi yerlərə güllər düzüb.