20.6 C
Gence
20.6 C
Gence

Almaniya səfiri Gəncədə erməni terroruna məruz qalmış əraziləri ziyarət edib

Almaniya Federativ Respublikasının səfiri 7 oktyabr tarixində Gəncəyə səfər edib. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Volfqanq Maniq Niyazi Bayramovla görüşüb. O, səfirə Gəncə haqda ətraflı məlumat verib. Daha sonra Gəncədə Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutduğu ərazilər ziyarət olunub. Ona həlak olanlar və dəyən zərər haqda məlumat verilib.

“Sivil, dinc əhali arasında olan qurbanlar bizə müharibənin bir daha baş verməməsi üçün əlimizdən gələn hər şeyi etməli olduğumuzu bir daha xatırladır. Biz çalışmalıyıq ki, regionda sülh və əmin-amanlıq olsun, qırğınlar bir daha baş verməsin” – deyə səfir bildirib.

Həlak olan mülki əhalinin xatirəsinə hörmət olaraq, raket düşən ərazilərə gül dəstələri qoyulub.

Daha sonra, səfir Nizami Gəncəvi məqbərəsini ziyarət edib. Ona dahi şairin yaradıcılığı barədə danışılıb. Əlavə olaraq, Nizami Gəncəvi muzeyində səfirin təşkilatçılığı ilə “Şərq dünyası ədəbiyyatı” mövzusunda tədbir keçirilib və almaniyalı İslam dini alimi Ştefan Vaydnerin məruzəsi dinlənilib.

 

Ən Çox Oxunan