Gəncədə kilsəyə kitablar bağışlanıb. Bu haqda 22 avqust tarixində Bakı-Azərbaycan Yeparxiyasına istinadən məlumat veririk.
Azərbaycan Bibliya Cəmiyyəti Gəncə şəhərindəki Aleksandr Nevskiy kilsəsinə hədiyyə yollayıb. Kilsəyə Azərbaycan dilində Əhdi-Cədid, Zəbur və Uşaq Bibliyası kitabları bağışlanıb. Kitablar cəmiyyətin əməkdaşları tərəfindən Bakıdan Gəncəyə gətirilərək kilsənin baş keşişi Varfolomey Sotnikova təqdim edilib.