Gəncədə Milad bayramı keçirilib. Bu haqda 7 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.
Tədbir Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində baş tutub. Pravoslav təqviminə əsasən, İsa peyğəmbərin doğulduğu gün – 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər.
Burada kilsənin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.
Qeyd edək ki, hazırda Gəncədə təxminən 200 ailədən artıq pravoslav yaşayır.