19.7 C
Gence
19.7 C
Gence

Akademik Z. Məmmədov adına xəstəxanada yeni təyinat var

Gəncədə yeni təyinat olunub. Bu haqda 1 may tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.

Doktor Venera Əli qızı Şərifova akademik Z. Məmmədov adına xəstəxananın Uşaq Poliklinika bölməsinə həkim-oftalmoloq vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, həkim 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin II müalicə-diaqnostika fakültəsində oxuyub. 1993-1994-cü illərdə Gəncə Göz xəstəxanasında (Oftalmoloji şöbə) internatura kursu keçib. 15 il ərzində hərbi hospitalda həkim-oftalmoloq kimi çalışıb.

Ən Çox Oxunan