16.9 C
Gence
16.9 C
Gence

Aikidoçumuz beynəlxalq festivalda seminar keçib

Gəncəli aikido ustası beynəlxalq festivalda iştirak edib. Bu haqda 26 may tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Türkiyənin paytaxtı Ankarada XI Beynəlxalq Avrasiya Aikido Festivalı baş tutub. Burada Azərbaycan Avrasiya Aikido və Budo Mərkəzinin texniki meneceri və Gəncə Regional şöbəsinin rəhbəri Ramin Yusifov tərəfindən seminar keçirilib. Təlimə 25 ölkənin nümayəndələri qatılıblar.

Azərbaycan Avrasiya Aikido ve Budo mərkəzini festivalda 7 nəfər təmsil edib. Onların arasında Nizami yurdunun iki yetirməsi də olub. Ramin Yusifov 6-cı dana, Rüfət Ələsgərov 5-ci dana layiq görülüblər.

Ən Çox Oxunan