20.3 C
Gence
15.5 C
Ganja

Şahmat üzrə yığmamızın növbəti rəqibi Ukrayna seçməsi olacaq

Gəncəli şahmatçının olimpiadadakı növbəti rəqibinin adı açıqlanıb. Bu haqda 2 avqust tarixində Report-a istinadən məlumat veririk.

Yığmamız Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında iştirak edir. Çempionatın V turunda qadınlardan ibarət komandamız Ukrayna seçməsinə qarşı mübarizə aparacaq. Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva Nataliya Buksa ilə qarşılaşacaq.

Qeyd edək ki, olimpiada 10 avqust tarixində başa çatacaq.