Gəncəli şahmatçı olimpiadada təltif edilib. Bu haqda 11 avqust tarixində Report-a istinadən məlumat veririk.
Hindistanın Çennay şəhərində baş tutan Ümumdünya Şahmat Olimpiadasının mükafatlandırma mərasimi keçirilib. Şahmatçılarımız fərdi göstəricilərə görə təltif ediliblər. Nizami yurdunun yetirməsi, ehtiyat – 5-ci lövhədə yer almış Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb.
Qeyd edək ki, qadınlardan ibarət yığmamız Olimpiadanı 16 xalla başa vurub.