Şahmatçımızın olimpiadadakı son rəqibi bəlli olub. Bu haqda 9 avqust tarixində Report-a istinadən məlumat veririk.
Bu gün Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlər keçiriləcək. Çempionatın XI turunda qadınlardan ibarət komandamız Gürcüstan yığmasına qarşı mübarizə aparacaq. Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva Meri Arabidze ilə qarşılaşacaq.
Qeyd edək ki, qadınlardan ibarət yığmamız 16 xalla 3-cü pillədə qərarlaşıb.