Şahmatçımız ümumdünya olimpiadasında növbəti rəqibini məğlub edib. Bu haqda 4 avqust tarixində Report-a istinadən məlumat veririk.
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının VI turu başa çatıb. Qadınlardan ibarət yığmamız Qazaxıstan seçməsini 3:1 hesabı ilə məğlub edib. Təmsilçimiz Ülviyyə Fətəliyeva Qulisxan Naxbayeva ilə qarşılaşıb. O, rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, VI tur ərzində Fətəliyeva bütün qarşılaşmalarda rəqiblərini məğlub edib.