Gəncəli şahmatçı beynəlxalq çempionatda yüksək nəticə əldə edib. Bu haqda 22 avqust tarixində Modern.az-a istinadən məlumat veririk.
Çexiyanın paytaxtı Praqa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı keçirilir. Burada millimizin heyətində Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva da mübarizə aparır. O, iki turdan sonra maksimum xalla liderlər qrupunda yer alıb.
Qeyd edək ki, turnir 31 avqust tarixində başa çatacaq.