25.5 C
Gence
17.5 C
Ganja

Şahmar Vəliyevə qarşı dələduzluq edən şəxsin işi istintaqa qaytarılıb

Gəncədə keçmiş icra başçısının qardaşına qarşı dələduzluq edən şəxsin işi yenidən istintaqa qaytarılıb. Bu haqda 20 dekabr tarixində Apa-ya istinadən məlumat veririk.

Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə davam edir. Cinayət işində qanun pozuntuları olduğu üçün yenidən ibtidai istintaqa qaytarılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə, daha 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ümumi ziyan isə 1 milyon 700 min manatdan çoxdur.