24.7 C
Gence
24.7 C
Gence

Şagirdlərimiz Şəhidlər xiyabanını ziyarət ediblər

Şagirdlər Şəhidlər xiyabanına baş çəkiblər. Bu haqda məlumat sentyabrın 23-ü Gencexeber.az-a daxil olub.

Bu gün 3 və 17 nömrəli tam orta məktəblərin 5 və 6-cı sinif şagirdləri Gəncə şəhərinin Şəhidlər xiyabanına baş çəkiblər. Nizami yurdunun kiçik sakinləri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının məzarları önünə tər güllər düzüblər və şeirlər söyləyiblər.

Qeyd edək ki, bu cür tədbirlər mütamadi şəkildə təşkil edilir. Yeni tədris ili başlayandan, demək olar ki, hər gün müxtəlif məktəblərin şagirdləri müəllimlərin müşayiəti ilə xiyabana üz tuturlar.

Ən Çox Oxunan