Gəncə təmsilçisi növbəti dəfə cərimələnib. Bu haqda 12 may tarixində Peşəkar Futbol Liqasına istinadən məlumat veririk.
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Burada I Divizionun XXVIII turunun oyunlarına baxış keçirilib.
Nəticədə “Kəpəz” klubu 440 manat cərimə olunub. “Kəpəz-2” – “Şamaxı-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etməyib. Buna görə təmsilçimiz 40 manat cərimə olunub.
Bundan başqa, “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlədilib. Bu da komandanın cəriməsinə 400 manat əlavə edib.