5.8 C
Gence
5.8 C
Gence

AFFA iki meydança ilə bağlı tender elan edib

Gəncədəki məşq meydançaları ilə bağlı tender elan olunub. Bu haqda 5 iyul tarixində Report-a istinadən məlumat veririk.

Şəhər stadionunda iki təbii örtüklü məşq meydançasına avadanlıqların alınmasına görə başlayan tender AFFA tərəfindən elan olunub. Bildirilib ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin ediləcək.

İştirak etmək istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada doldurmalıdır. Daha sonra qiymət təklifi və “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni, həmçinin şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.

Son müraciət tarixi 18 iyul saat 17:00-dır.

Ən Çox Oxunan