24.1 C
Gence
24.1 C
Gence

“AFB bank” və Gəncə Dövlət Universiteti arasında memorandum imzalanıb

“AFB Bank” ASC və Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memoranduma əsasən, universitetin sonuncu kurs tələbələri və məzunları təcrübə proqramı çərçivəsində AFB Bankda real iş şəraitində təcrübə qazanacaqlar. Proqramı uğurla başa vurmuş təcrübəçilərə sertifikatlar təqdim ediləcək. Xüsusi seçilən təcrübəçilər mövcud vakansiyalar üzrə işlə təmin olunacaqlar.

Layihənin məqsədi savadlı gəncləri əsl peşəkar kimi yetişdirməkdir.

Bundan əlavə, “AFB Bank” regionlardakı digər ali təhsil ocaqları ilə əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır.

Ən Çox Oxunan