10.3 C
Gence
10.3 C
Gence

ADAU yeni layihələrə start verir

Gəncədə “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” keçiriləcək. Bu haqda 24 yanvar tarixində xəbər veririk.

Layihə Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə baş tutacaq. Azərbaycan Dövlət Aqrar Universitetinin Təcrübə və Karyera Mərkəzinin mütəxəssisi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd gənclərin aqrar sahədə məşğulluq imkanlarının artırılması, layihənin ünvanlandığı gənclər qrupunun Respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqət və qayğı ilə bağlı məlumatlandırılması, bu sahə üzrə mütəxəssis hazırlığının rolunun müxtəlif yollarla çatdırılması və layihə iştirakçılarına praktiki təcrübə keçmək üçün şəraitin yaradılması layihənin əsas məqsədlərindəndir.

Cari layihə çərçivəsində kənd təsərrüfatı sahəsində aqrar təhsilli gənclərin inkişafının artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcək. 5 gün müddətində peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin uğurlu layihə iştirakçılarının təcrübə müəssisələrində iştirakına dəstək göstəriləcək. Layihənin sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.

50 nəfər gəncin iştirak edəcəyi layihəyə 18-29 yaş arasında olan, aqrar sahəni sevən, bu sahədə təhsilini başa vuran, həmçinin bu sahədə təhsil alan və gələcək karyerasını kənd təsərrüfatında davam etdirmək istəyən işsiz gənclər qoşula bilərlər.

Qeydiyyat linki: http://shorturl.at/jlrIU

Son qeydiyyat tarixi 31 yanvar.

Ən Çox Oxunan