Gəncədə universitetlərdən biri rəqəmsal idarəetmə sisteminə keçid edir. Bu haqda 17 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə “TİM Consulting” MMC arasında birgə əməkdaşlığa başlanıb. Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanovla “TİM Consulting” MMC-nin rəhbəri Teymur Hacıyev arasında müqavilə imzalanıb.
Beləliklə, ADAU-da bütün proseslər tam şəkildə avtomatlaşdırılaraq rəqəmsal platformaya keçid alacaq. Burada qəbul prosesindən tədrisə hazırlığa, tədrisin aparılmasından imtahanlara, mühasibatlıqdan sənəd dövriyyəsinə, kitabxanadan portallara qədər ən müxtəlif modullar vahid platformada cəmləşəcək.
Rəqəmsal idarəetmə sisteminə keçid tam formada növbəti tədris ilinin başlanğıcınadək yekunlaşacaq.