Gəncə II Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisində təmsil olunub. Bu haqda Gencexeber.az-a 30 noyabr tarixində məlumat daxil olub.
Şəmkirdə “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” layihəsi çərçivəsində II Kənd Təsərrüfatı İnnovasiyalar Sərgisi təşkil olunub. Tədbir Kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslər və qurumlar arasında sinerji – körpü yaratmaq məqsədilə, dövlət və özəl qurumların tərəfdaşlığı vasitəsilə keçirilib.
Sərgidə Gəncədən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllim və tələbələri qonaq qismində iştirak ediblər. Bundan başqa, Gəncə Aqrar Təlim Mərkəzi də nümayəndələri ilə tədbirdə təmsil olunub. Burada bir sıra şirkətlər yer alıb.