25.3 C
Gence
25.3 C
Gence

ADAU tələbəsi təqaüdünü şəhid ailəsinə bağışladı

Gəncədə tələbə təqaüdünü şəhid ailəsinə bağışlayıb. Bu haqda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 20 dekabr tarixində məlumat paylaşıb.

Bu nümunəvi addım təhsil müəssisəsinin I kurs magistr tələbəsi Əkrəm Mahmudzadə tərəfindən atılıb. O, təqaüdünü Dillər kafedrasının müəllimi, şəhid mayor Sərxan Muxtarovun həyat yoldaşı Vəfa Muxtarovaya bağışlayıb.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova xeyirxah addım və təşəbbüsə görə tələbəyə və ailə üzvlərinə təşəkkür edib.

Ən Çox Oxunan