16.4 C
Gence
16.4 C
Gence

ADAU-nun “VILLAGE” layihəsi müsabiqədə qrant əldə edib

Gəncədəki universitetlərdən birinin tərəfdaş olduğu layihə qrant əldə edib. Bu haqda 8 iyul tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

ADAU və Ege Universitetinin (EU) birgə layihəsi “VILLAGE (Virtual Innovative Learning Laboratories for Global Engineering Education)” Avropa müsabiqəsində təqdim olunub. Konkurs Avropa Komissiyasının həyata keçirdiyi “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramıdır. “VİLLAGE” layihəsi həmin müsabiqədə qrant əldə edib.

Proyekt mühəndislik ixtisası üzrə fənn tədris edən müəllim və tələbələrin pandemiyadan sonrakı təhsil proseslərini və laboratoriya ehtiyaclarını multidisiplinar, çoxölçülü mədəni kontekstdə yenidən nəzərdən keçirməyi və tələblərə uyğun yeni tədris modelləri üçün yol xəritələrini müəyyənləşdirməyi hədəfləyir.

Ən Çox Oxunan