25.5 C
Gence
17.5 C
Ganja

ADAU-nun tələbələri xaricdə təhsil ala bilərlər

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri Sloveniya Respublikasının Nova Gorica şəhərində təhsil ala bilərlər. Bu haqda məlumat ADAU-nun saytında yerləşdirilib.

Nova Gorica Universiteti “ERASMUS+” çərçivəsində

2022/2023-cü tədris ilinin yaz semestri üçün aşağıda adları qeyd olunan ixtisaslara müraciət imkanları təqdim edir:

  • Üzümçülük
  • Enologiya
  • Üzvi/ekoloji əkinçilik
  • Aqroturizm
  • Ekologiya (atmosferin çirklənməsi və kənd təsərrüfatı ilə bağlı qlobal istiləşmə)
  • Baytarlığın bəzi aspektləri (məsələn, baytarlıq klinikaları, Zoomühəndislik fakültəsinin ixtisaslarına aid-balıqçılıqda praktik yerləşdirmələr).

Proqrama yalnız 2-ci və 3-cü kurs bakalavr tələbələri müraciət edə bilərlər.  İngilis dilində qəbul edilən sənədlərin siyahısı:

  1. CV
  2. Motivasiya məktubu
  3. Akademik transkript (ortalama balı 85 baldan yuxarı olmaqla)

*Qeyd: tələb olunan sənədlər ingilis dilində qəbul edilir.

Sənədlər noyabrın 30-dək [email protected] ünvanına göndərilməlidir.