ADAU-da Gənclər Günü qeyd olunub. Bu haqda 2 fevral tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.
Tədbir iştirakçıları ilk növbədə tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, universitetin TGT sədri Nizami Məmmədov çıxış ediblər.
Sonda ali təhsil müəssisəsinin ictimai həyatında fəallığı ilə fərqlənən bir qrup tələbə fəxri fərmanlarla təltif olunub.