19.7 C
Gence
19.7 C
Gence

ADAU-nun dosentləri Avstriyanın Vyana şəhərinə yollanıblar

Gəncədə işləyən universitet əməkdaşları təcrübə mübadiləsi proqramında iştirak ediblər. Bu haqda 28 aprel tarixində ADAU-ya istinadən məlumat veririk.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosentləri Elxan Allahverdiyev və Fariz Ələkbərov Erasmus+ proqramına qoşulublar. Onlar Avstriyanın Vyana şəhərində yerləşən BOKU Universitetində olublar.

Proqramın məqsədinə uyğun olaraq əməkdaşlar əkinçilik və konservasiyalı torpaq becərmə sistemi üzrə BOKU Universitetində aparılan elmi-tədqiqat işləri ilə tanış olub, müştərək tədqiqatların aparılması üçün çoxsaylı ekspert qrupları ilə görüşlər keçirib, o cümlədən universitetin Pira şəhərində yerləşən təcrübə sahələrinə baş çəkiblər.

Səfər çərçivəsində ADAU əməkdaşları BOKU Universitetinin aidiyyəti tədqiqat istiqamətləri üzrə magistr və doktorantları üçün öz elmi işləri, ADAU və ölkəmizin kənd təsərrüfatı haqqında təqdimatlar da ediblər.

Ən Çox Oxunan