Gəncədə rüşvət götürən dekan barəsində məhkəmə qərarı verilib. Bu haqda 2 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbiri seçilib. Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Famil Nəsibov vəzifədən kənarlaşdırılır. Bundan başqa o, 4 aylıq ev dustaqlığında olacaq.
Xatırladaq ki, Famil Nəsir oğlu Nəsibov Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı idi.