24.7 C
Gence
24.7 C
Gence

ADAU-da Zaqataladan bir qrup nümayəndə ilə görüş baş tutub

Zaqataladan bir qrup nümayəndə Gəncəyə səfər edib. Bu haqda 22 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) məlumat paylaşıb.

“Azərtütün” MMC-nin Zaqatala filialının əməkdaşları ilə ADAU-da görüş keçirilib. Tədbirdə aqronomluq və bitki mühafizəsi ixtisasında təhsil alan bakalavr, magistr və məzunlar iştirak ediblər. Burada tütünçülüyün ölkəmizdə inkişafı, mövcud vəziyyət, xarici ölkələrlə bu sahədə əlaqələr haqda məlumat verilib.

Daha sonra suallara cavab verilib, müzakirələr aparılıb.

Ən Çox Oxunan