21.4 C
Gence
21.4 C
Gence

ADAU-da türkiyəli tələbələrlə görüş baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 20 oktyabr tarixində türkiyəli tələbələrlə görüş keçirilib. Bu haqda universitetin rəsmi saytında məlumat paylaşılıb.

Tədbir ADAU-nun 2 saylı tələbə evində keçirilib. Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk Türkiyədən olan və bu təhsil müəssisəsində təhsil alan tələbələrlə görüşüb.

Rektor İbrahim Cəfərov ADAU-nun Türkiyə universitetləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Zeki Öztürk həmvətənlərinə öz tövsiyyələrini verib. Qarşılıqlı mübadilənin iki dövlət arasında təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdiyi bildirilib.

Tələbələr universitet rəhbərliyinin onlara qayğı göstərdiyini və daim diqqət mərkəzində olduqlarını bildiriblər.

Ən Çox Oxunan