18.6 C
Gence
18.6 C
Gence

ADAU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə

Gəncədə təkrar təhsil üçün sənəd qəbulu başlayıb. Bu haqda 19 may tarixində ADAU-ya istinadən məlumat veririk.

ADAU 2023/2024-cü tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir. Proses 18 may – 31 avqust tarixlərində portal.edu.az saytının vasitəsi ilə keçiriləcək.  Namizədlər bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb, “Əlavə təhsilə elektron sənəd qəbulu” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidirlər.

Təkrar ali təhsil yalnız ödənişli formada bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında dövlət nümunəli bakalavr diplomu verilir.

Müraciət etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Rektorun adına ərizə;

– Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

– İş yerindən arayış (işlədiyi halda);

– 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil;

– Şəxsiyyət vəsiqəsinin surəti;

– Təhsil haqqını ödəmək haqqında fərdi müqavilə.

Təkrar ali təhsilə qəbul müsahibə əsasında aparılır. Mərhələni uğurla keçən namizədlər təkrar ali təhsil almaq hüququ qazanırlar. Müsabiqə 07.09.2023-cü il tarixində ADAU-nun inzibati binasında keçiriləcək. Dəvət olunmuş namizədlər yuxarıda qeyd olunan sənədləri müsabiqə komissiyasına təqdim etməlidirlər.

Qəbul aparılan ixtisasların siyahısı ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür:

http://www.adau.edu.az/images/files/2023-05/1684477636_xtisas.pdf

Əlavə məlumat üçün Tədris şöbəsinə (ünvan: Atatürk prospekti, 450) yaxınlaşmaq lazımdır.

Ən Çox Oxunan