19.1 C
Gence
19.1 C
Gence

ADAU-da əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti 6 dekabr tarixində memorandum imzalayıb. Bu haqda universitet məlumat paylaşıb.

Görüş heyvandarlıq sahəsində fəaliyyət göstərən assosiasiyalarla qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün keçirilib. Universitetin rektoru İbrahim Cəfərov ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir laboratoriyaları, tədris korpusları, tədris-təcrübə təsərrüfatı, Heyvandarlıq kompleksi, Biotexnologiya mərkəzi və s. haqqında danışıb.

Tədbir iştirakçıları assosiasiyaların fəaliyyəti və aqrar sektorun inkişafında rolu barədə məlumat əldə ediblər. Sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

 

Ən Çox Oxunan