26.9 C
Gence
23.5 C
Ganja

ADAU-da laboratoriya dərsi qeyri-adi formada baş tutub

Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin laboratoriya dərsi maraqlı formada baş tutub. Bu haqda məlumatı 30 sentyabr tarixində Universitetin saytına istinadən veririk.

Belə ki, Aqronomluq fakültəsində tütünçülük və pambıqçılıq fənni üzrə laboratoriya dərsi Universitetin Tədris-təcrübə təsərrüfatında keçirilib. Dərs zamanı Bitkiçilik kafedrasının müəllimi Gülnarə Abbasova IV kurs tələbələrinə tütün sahəsində yarpaqların son dərimi və ipə yığılması prosesini əyani olaraq göstərib.

Dərs tələbələr tərəfindən maraqla qarşılanıb.