5.8 C
Gence
5.8 C
Gence

ADAU-da kafedra assistenti Türkiyəyə səfər edib

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Türkiyədə keçirilən layihədə iştirak edib. Bu haqda 5 aprel tarixində təhsil müəssisəsinə istinadən məlumat veririk.

ADAU-nun Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının assistenti Sima Məmmədova Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib. O, Orta Doğu Texniki Universitetində (ODTU) olub.

Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021-2022-ci illər üzrə inkişafı” mövzusunda təşkil etdiyi qrant müsabiqəsi əsasında “Təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində baş tutub. Burada 42 tədqiqatçının iştirakı ilə 11 vebinar həyata keçirilib, 8 modul tapşırıq yerinə yetirilib və Sima Məmmədova da daxil olmaqla ən yüksək bal yığmış 17 iştirakçı ODTU səfərlə əyani təlimdə iştirak etmək və “İnsan-Kompüter Qarşılıqlı Əlaqələri” laboratoriyası ilə tanış olmaq nailiyyətini qazanıblar.

İştirakçılar universitetin binası, laboratoriyaları, Texnokəndi, araşdırma mərkəzləri ilə tanış olublar. Onlara layihələr, icraçı şirkətlər, “Teknokent CoZone” haqqında məlumat verilib.

Sonda Prof. Dr. Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunacaq “İnsan-Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabının təqdimatı və insan-kompüter interfeyslərininin araşdırılması haqda birgə beynəlxalq konfransın keçirilməsi müzakirə olunub.

Ən Çox Oxunan