25.8 C
Gence
21.5 C
Ganja

ADAU: bir qrup əməkdaş Sloveniyanın Nova Gorica Universitetində olub

Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı Sloveniyaya səfər edib. Bu haqda Gencexeber.az 6 iyun tarixində universitetə istinadən məlumat verir.

“Erasmus+” proqramı çərçivəsində Aqrar sahənin iqtisadiyyatı kafedrasının əməkdaşları – kafedra müdiri Raminə Mustafayeva, baş müəllim Fariz Süleymanov və assistent Rahil Muradov Nova Gorica Universitetində olublar.

Səfər zamanı işgüzar görüşlər keçirilib, yerli fermer təsərrüfatları ilə tanışlıq olub və kafedra əməkdaşları tərəfindən ADAU haqqında təqdimatlar edilib.