22.5 C
Gence
22.5 C
Gence

Abbas Səhhət adına xəstəxananın həkimi vəfat edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının həkimi Cəfərova Nailə dünyasını dəyişib. Bu haqda 18 may tarixində Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər veririk.

Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinin həkim-neonatoloqu olan Nailə xanım 31 dekabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi Gəncə şəhər 8 nömrəli tam orta məktəbdə bitirən Nailə həkim 1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Universiteti bitirdikdən sonra Gəncə şəhər 1 saylı doğum evində fəaliyyətə başlayıb.

O, uzun illər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsində həkim-neonatoloq kimi fəaliyyət göstərib.

Ən Çox Oxunan