14.7 C
Gence
14.7 C
Gence

Abbas Səhhət adına xəstəxanada intihara cəhd olub

Gəncədə gənc qız intihara cəhd edib. Bu haqda 30 mart tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə Abbas Səhhət adına xəstəxanada qeydə alınıb. II Terapiya şöbəsində işləyən 21 yaşlı tibb bacısı G.Mahmudova özünü işlədiyi yerin 3-cü mərtəbəsindən atıb. Qız xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, tibb bacısının intihara cəhdinin səbəbi ailə münaqişəsi olub. O, nişanlıdır və 15 aprel tarixində toyu olacaqdı. Gənc qız anası ilə mübahisə edərək ailə qurmaq istəmədiyini deyib. Daha sonra bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan