ABŞ səfiri 27 oktyabr tarixində Gəncə şəhərinə səfər edib. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.
“İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində insan alveri qurbanlarının müəyyən edilməsi üzrə təlim keçirilib. Tədbir Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyinin (BMqT) Azərbaycandakı nümayəndəliyi ilkin yardım tərəfləri üçün təşkil olunub. Burada BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və ABŞ-ın səfiri Li Litzenberqer iştirak ediblər.
Sonra səfir Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Ona dahi şair və əsərləri haqda məlumat verilib.
Bundan başqa səfir məcburi köçkün icması ilə də görüşüb.
Qeyd edək ki, daha öncə, insan alveri ilə bağlı layihənin keçirələcəyi haqda xəbər vermişdik.
