5.8 C
Gence
5.8 C
Gence

“Ağ Adamlar” növbəti filmlərini təqdim ediblər

“Ağ Adamlar” Gəncə terroru haqda qısametrajlı film təqdim ediblər. Bu haqda Gencexeber.az 17 oktyabr tarixində məlumat verir.

Film bir ailənin acısından bəhs edir. Baş qəhrəman bir gecə ərzində ailə üzvlərini, doğmalarını itirir. Filmdə bəhs edilən ailənin acısı çoxumuza yaxın olduğundan, ona göz yaşı tökmədən baxmaq mümkün deyil.

Cəbhə zonasından kənarda yerləşən Gəncə şəhəri 5 dəfə raket atəşinə tutulub. Neçə uşaq atasız, anasız qalıb, analar və atalar isə körpə balalarını qara torpağa tapşırıblar. Terror aktları nəticəsində ümumilikdə 26 mülki şəxs həyatlarını itirib, 125 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Şəhərimizə, ölkəmizə edilən təxribatlara baxmayaraq, Fransa Senatı bu acı günləri görməməzlikdən gəlib, Azərbaycanı aqressiyada ittiham edir.

Hər bir vətəndaşımızı Fransaya və bütün Avropaya öz səsimizi eşitdirməyə çağırırıq, qeyd olunan linkə keçid edib, bu ədalitsizliyiyə son qoyaq! Hər bir imzanın hökmü böyükdür.

 

Ən Çox Oxunan