Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 23 may tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. 61 yaşlı şəhər sakini Əkbər Bağırova məxsus evin qarşısındakı tövlə alışıb. Nəticədə tövlənin dam örtüyünün 40 kvadratmetr sahədə yanar konstruksiyaları və buradakı 10 ədəd (200 kiloqram) ot bağlaması yanıb.
Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb. Alovun yaşayış evi və ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.