Gəncədə bir qrup şəxs narkotik üstündə saxlanılıb. Bu haqda 8 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Gəncə şəhər Baş polis İdarəsinin və tabeliyində olan qurumların əməkdaşları kompleks əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Fərid Torçuyev, Aqil Hüseynov, Xəlil Tağıyev, Orxan Cəfərov, Elmir Quliyev, Tural Xəlilov və Anar Həsənov saxlanılıblar. Baxış keçirilən zaman metamfetamin və heroin aşkar olunub.
Həmçinin inzibati qaydada həbs olunan Ruslan Hüseynovun Müvəqqəti Saxlama yerində üzərində ayrı-ayrı bükülülərdə marixuana, heroin, metamfetamin və şprislər tapılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.