Gəncəli görkəmli şəxs vəfat edib. Bu haqda 10 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Bəstəkar Əməkdar incəsənət xadimi Mobil Babayev 77 yaşında dünyasını dəyişib. Bu barədə onun bacısı Nüşabə Babayeva-Vəkilova deyib. Babayev dünən gecə vəfat edib.
Onunla bu gün, 10 noyabr saat 12:00-da Təzə Pir məscidində vida mərasimi baş tutacaq. Daha sonra mərhum Yasamal qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Mobil Rəşid oğlu Babayev 23 dekabr 1945-ci ildə Gəncədə anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənib.
1973-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib.