Ahıl kişini maşın vuraraq öldürüb. Bu haqda məlumatı avqustun 8-i Report-a istinadən veririk.
Hadisə Goranboy rayonunun Borsunlu kənd yolunda baş verib. Yolu qarşı tərəfə keçmək istəyən 75 yaşlı Gəncə sakini Mirzə Kazımovu avtomobil vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.