19.7 C
Gence
18.5 C
Ganja

70 nəfər tüfeyli həyat tərzi keçirən və dilənçi saxlanılıb

Gəncə küçələrində tüfeyli həyat tərzi keçirənlər və dilənçilik edənlər saxlanılıb. Bu haqda məlumatı iyunun 18-i Report-a istinadən veririk.

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tədbirlər keçiriblər. Onlara vətəndaşların narazılığına səbəb olan şəxslərlə bağlı məlumat daxil olub.

Ümumilikdə 70 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktik söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Sonda saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.