19.1 C
Gence
19.1 C
Gence

7-ci sinif şagirdi taekvondo üzrə şəhər birinciliyinin qalibi olub

Gəncədə taekvondo idman növü üzrə şəhər birinciliyi keçirilib. Bu haqda 25 may tarixində 1 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.

Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Gəncə şəhər birinciliyi baş tutub. Təhsil müəssisəsinin 7b sinif şagirdi Sübhan Babazadə 2008-2010 illər üzrə 45 kiloqram çəki dərəcəsində mübarizə aparıb. O, birinci yerə layiq görülüb. Məktəbli qızıl medal və diplomla təltif olunub.

1 nömrəli tam orta məktəbin Facebook səhifəsindən foto
1 nömrəli tam orta məktəbin Facebook səhifəsindən foto

Ən Çox Oxunan