Gəncədə intihar hadisəsi baş verib. Bu haqda 13 mart tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhər ərazisindəki evlərin birində qeydə alınıb. 66 yaşlı sakin Ənvər Tağıyev intihar edib. O, yaşadığı evin həyətindəki talvardan özünü asıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.