Gəncədə polisə şantajla bağlı müraciət daxil olub. Bu haqda 16 may tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
61 yaşlı Sünbül Qəmbərova (şərti) Vüsal adlı şəxsin onu hədələdiyini bildirib. Qadının sözlərinə görə, həmin şəxs onu 7 mart tarixindən etibarən şantaj edir. Kişi ondan intim görüntülərini yayacağı hədə-qorxusu ilə 2350 manat pul alıb. Zərərçəkən polisin məsələyə müdaxilə etməsini xahiş edib.
Müraciətlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.