Gəncədə “Sirlər Xəzinəsi” adlı layihənin açılışı keçirilib. Bu haqda Gencexeber.az 17 oktyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.
Tədbir Gəncə Gənclər evində baş tutub. 17-29 yaş aralığında seçilən 60 gənc 1 ay müddətində layihədə iştirak edəcəklər. Onlara oyun və müxtəlif simulyasiyalar vasitəsilə tarixi abidələrin tanınması, komanda quruculuğu, şəbəkələşmə öyrədiləcək.
Layihə “Gənclər evi” Sosial Xidmət Müəssisəsi, Dövlət Turizm Agentliyinin Qərb regional qurumu və 2 saylı Gəncə Regional “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilir.