14.7 C
Gence
14.7 C
Gence

54 yaşlı kişi özünü asıb

Gəncədə intihar hadisəsi baş verib. Bu haqda 2 avqust tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 54 yaşlı Əmrah Hüseynov özünü yaşadığı evdə asıb. Meyit onun yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.

Məlumata əsasən, o ruhi xəstə olub.

Kişinin cəsədi müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan