Gəncədə uzun illər piano müəllimi işləmiş İslam Əlizadə sevimli alətində ifa edərək musiqisevərlərin könlünə oxşamağı davam edir.
Slavik dayı kimi tanınan İslam Əlizadə 1949-cu ildə Gəncədə dünyaya gəlib. O, orta təhsilini başa vurduqdan sonra Üzeyir Hacıbəyov adına musiqi Akademiyasının tar fakültəsinə daxil olmuşdur. 1976 ildən təqaüdə çıxana kimi isə Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbində dərs deyib.
Gənc yaşlarından pianoya böyük həvəs görsərən Slavik dayı alətdə gözəl ifa edir. O, tədbirlərdə, şənliklərdə və fərqli yığıncaqlarda pianoda çıxış edir. Onunla (070) 242 45 12 nömrəsi ilə əlaqə saxlamaq olar.
İslam Əlizadə həm də fortepiano ustasıdır. Qeyd edək ki, Sənətkar Gəncə Dövlət Filarmoniyasında istifadə edilən pianoları kökləyib.