Gəncədə fərdi yaşayış evi hərraca çıxarılacaq. Bu haqda məlumatı iyulun 16-sı Emlak.gov.az-a istinadən veririk.
Satışa qoyulacaq fərdi yaşayış evinin ümumi sahəsi 427 kv.m təşkil edir. Tikili Gəncə şəhər Kəpəz Bələdiyyəsi tərəfindən hərraca çıxarılacaq.
Müsabiqə avqustun 4-ü saat 15:00-da ƏMDX-nin Gəncə ərazi şöbəsində keçiriləcək.
Adıçəkilən qurum Heydər Əliyev meydanında yerləşir. Ətraflı məlumat üçün (022) 256 87 57 nömrəsi ilə əlaqə saxlamaq olar.