9.7 C
Gence
2.5 C
Ganja

42 yaşlı moped sürücüsü dörd gün sonra xəstəxanada ölüb

Gəncədə qəzaya düşən şəxs xəstəxanada vəfat edib. Bu haqda 17 noyabr tarixində Report-a istinadən xəbər veririk.

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. “MOON 49” markalı mopedin sürücüsü Ramil Əskərov idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. 42 yaşlı kişi beyin qanaması və kəllə sümüklərinin sınığı xəsarəti ilə xəstəxanaya çatdırılıb.

O, dörd gün sonra 3 saylı xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan